Moldova artıq Rusiya ilə əvvəlki münasibətlərini davam etdirə bilməz. Çünki Kişinyov müharibəni gözardı edə bilməz və ardıcıl olaraq hərbi təcavüzü pisləyir.
AzerTimes xəbər verir ki, bunu Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin dövlət katibi Vlad Kuk deyib.
Kukun sözlərinə görə, Moldova Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Rusiya ilə təmasların intensivliyini azaldıb:
“Dialoq davam edir, lakin yüksək səviyyədə demək olar ki, danışıq yoxdur, tərəflər diplomatik idarələr, səfirliklər və nazirliklər vasitəsilə mesaj mübadiləsi aparırlar. Səfirliklər və nazirliklər səviyyəsində təmaslar aparılır və dialoq ilk növbədə Ukraynada baş verənlərə yönəlib. Baş verənlər bizə çox təsir etdi. Bu, bizim təhlükəsizliyimizə siyasi, iqtisadi, sosial sahələrimizə təsir etdi. Bu barədə Rusiya ilə danışırıq. Biz müharibəni qətiyyətlə pisləyirik”.