Rusiya ilə danışıqlarda humanitar dəhlizlərlə bağlı müsbət irəliləyişlər var – Ukrayna Prezident Ofisi

Ukrayna və Rusiya Federasiyası arasında humanitar dəhlizlərlə
bağlı danışıqlarda müsbət irəliləyişlər var.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ukrayna Prezident Ofis rəhbərinin
müşaviri Mixaylo Podolyak bildirib.

M.Podolyak qeyd edib ki, Ukrayna və Rusiya Federasiyası arasında
nizamlanma məsələləri, o cümlədən atəşkəslə bağlı intensiv
məsləhətləşmələr davam etdirilib.


Onun sözlərinə görə, danışıqlarda razılaşdırılan humanitar
dəhlizlərin logistikası ilə bağlı dəyişikliklər insanlara daha
səmərəli yardım göstərəcək.