Almaniya Rusiya ilə sülh danışıqlarına hazırdır, lakin hələlik bunun üçün ilkin şərtləri görmür.
AzerTimes xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.
“İstərdim ki, danışıqlar aparaq, amma hazırda biz nə istədiyimizdən deyil, həqiqətlə üz-üzə gəlməyin zəruriliyindən danışırıq. Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlar hər gün davam edir”, – Berbok bildirib.