Ukrayna ilə Rusiya arasında danışıqlar yalnız Kiyevin şərtləri ilə mümkündür.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Andrea Kalan deyib.
“ABŞ, eləcə də NATO tərəfdaşlarımız Ukraynanın öz ərazisini uğurla müdafiə etməsini istəyir. Kiyev döyüş meydanında üstünlük əldə etdikdən sonra danışıqların vaxtı gələcək və Ukrayna öz şərtlərini diktə edə biləcək”, – o bildirib.
Ukraynaya F16 təyyarələrinin tədarükünə gəlincə, Kalan qeyd edib ki, ABŞ və tərəfdaşları Kiyevin döyüş meydanında güclü mövqe tutması üçün göndəriləcək yardımların üzərində çalışır:
“ABŞ-ın yeni yardımı Ukraynaya hücuma keçməyə və əraziləri azad etməyə kömək edəcək silahları əhatə edəcək. Biz nəyi çatdıra biləcəyimizə baxırıq, çünki görürük ki, Rusiya tərəfdən yeni hücum mütləq olacaq. Və Ukrayna Rusiyanın təcavüzü ilə mübarizəyə hazır olmalıdır”.