Rusiya ilə danışıqlar üçün xüsusi taktikam var – Rutte

Rusiya ilə danışıqlar üçün xüsusi taktikam var – Rutte

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukraynaya dair Rusiya ilə danışıqlar üçün öz taktikası var, lakin bunu gizli saxlayır.

AzerTimes xəbər verir ki, Rutte bu barədə “Bild” qəzetinə müsahibəsində deyib.

“Bu müzakirələrin Rusiya ilə necə aparılacağını sizə dəqiq təsvir edə bilmərəm. Bu kompozisiyanın necə görünə biləcəyi ilə bağlı artıq öz fikirlərim var. Amma istəmirik ki, Putin hazırda bildiyindən daha çox şey öyrənsin”, – Rutte qeyd edib.

Teqlər: