Rusiya ilə danışıqlar ola bilməz, olmamalıdır – Sunak

Rusiya ilə danışıqlar ola bilməz, olmamalıdır – Sunak

Rusiyanın qoşunları Ukrayna ərazisini tərk edənə qədər cəbhədə atəşkəslə bağlı təkliflərə məhəl qoyulmamalıdır.

AzerTimes xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Rişi Sunak deyib.

“Rusiyanın istənilən birtərəfli atəşkəs çağırışı indiki kontekstdə tamamilə mənasızdır. Hesab edirəm ki, bu, yalançı çağırış olardı, bundan Rusiya yenidən qruplaşmaq, qoşunlarını gücləndirmək üçün istifadə edəcək. Onlar zəbt olunmuş ərazilərdən çıxmayana qədər heç bir real danışıqlar ola bilməz və olmamalıdır”, – Sunak qeyd edib.

Teqlər: