Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixailo Podolyak
Rusiya nümayəndə heyəti ilə danışıqların martın 21-də davam
etdiriləcəyini təsdiqləyib.
AzerTimes-ın
məlumatına görə, bu barədə M.Podolyak Ukraynanın “Strana” nəşrinə
deyib.
“Bəli, əlbəttə. Sabah səhər. Növbəti raund. Bundan əvvəl işçi
alt qruplarda son dərəcə gərgin iş aparılıb”, – deyə o
bildirib.