Rusiya ilə Çin arasında ilk avtomobil körpüsü açıldı

Rusiya ilə Çin arasında ilk avtomobil körpüsü açıldı

Rusiya ilə Çin arasında yük daşımaları üçün ilk avtomobil körpüsü açılıb.

AzerTimes xəbər verir ki, körpü Amur çayı üzərində tikilib və Blaqoveşensk ilə Heyhe şəhərlərini birləşdirib.

Rusiya baş nazirinin müavini, Prezidentin Uzaq Şərq üzrə nümayəndəsi Yuri Trutnev açılış mərasimində bildirib ki, körpünün tikintisinə 2016-cı ildə başlanılıb, həm çinli, həm də Rusiya tərəfdən minlərlə insan tikintidə iştirak edib.

Teqlər: