Ermənistan Qarabağın (əslində, Qarabağdakı erməni icmasının –red) təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“10 noyabr bəyanatında Rusiya Laçın dəhlizinin fəaliyyətini təmin etmək öhdəliyi götürüb. Təbii ki, biz Laçın dəhlizinin tezliklə açılması üçün Rusiya ilə birlikdə işləyirik. Mən müxalifəti də bu istiqamətdə işləməyə çağırardım”, – Qriqoryan bildirib.