Xəbər - Sədrəddin Ağcayev – Trend:
Rusiya ilə Azərbaycan arasında qarşılıqlı aviadaşımaların sayı artıb.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“İki ölkə arasında quru sərhədləri operativ qərargahların qərarı ilə bağlı qalıb. Bunun açılması ilə bağlı qərarın nə zaman veriləcəyini deyə bilmərəm. Amma bu şəraitdə qarşılıqlı aviadaşımaların sayı artıb. Hazırda doqquz Rusiya şirkəti bir neçə şəhərdən Bakıya hər həftə uçuşlar keçirir. Eyni zamanda Azərbaycanın digər şəhərlərinə də uçuş icazələri üçün müraciət etmiş aviaşirkətlər var”, – deyə o bildirib.
Səfir vurğulayıb ki, Xəzər dənizində sərnişin dəniz turizminin də açılması planlaşdırılır.
(Tərcümə: Orxan Nəbiyev)