Helsinki və Sankt-Peterburq şəhərlərini birləşdirən “Alleqro”
qatarlarının hərəkəti martın 28-dən dayandırılacaq.
Trend xəbər verir ki, bu barədə cümə günü Finlandiyanın dövlət
dəmir yolu operatoru VR məlumat verib.
Qeyd olunur ki, qatarların hərəkəti, Finlandiya hakimiyyətinin
qərarına əsasən, Rusiya Federasiyasına tətbiq edilən sanksiyaları
nəzərə alaraq, məqsədəuyğun deyil, çünki Rusiyanı tərk etmək
istəyən bütün vətəndaşlar artıq bunu ediblər.
Bundan əvvəl, VR Rusiya Dəmir Yolları ilə əlaqəni praktiki
olaraq dayandırmışdı, lakin Allegro qatarları işləməyə davam
edirdi.
Bu qatar marşrutu Avropa İttifaqı ilə Rusiya arasında sonuncu
fəaliyyətdə olan dəmiryolu xətti idi.