Kosmosda əməkdaşlıq və mülki atom sahəsində müqavilələr istisna olmaqla, Rusiya-Amerika münasibətlərindən praktiki olaraq heç nə qalmayıb.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
“Rusiya-Amerika münasibətlərindən praktiki olaraq heç nə qalmayıb. Burada, bəlkə də yalnız kosmosdan bəhs etmək yerinə düşər. Müqavilələr isə “Rosatom”un səlahiyyətindədir.
Rusofoblar daim ikitərəfli əlaqələrin tamamilə dayandırılmasının vacibliyindən danışırlar”, – səfir qeyd edib.