Rusiya ilə ABŞ arasında kritik telefon əlaqəsi

Rusiya ilə ABŞ arasında kritik telefon əlaqəsi

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov ilə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı Ukraynanın “çirkli bomba”dan mümkün istifadəsi üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, bundan öncə Gerasimovun Böyük Britaniyanın Müdafiə Qərargah rəisi Toni Radakinlə telefon danışığı apardığı bildirilib.

Teqlər: