Rusiya nümayəndə heyəti İl-76 təyyarəsinin qəzaya uğraması məsələsini Vyanada ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda müzakirəyə çıxaracaq.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın nümayəndə heyəti məlumat yayıb.
“Rusiya nümayəndə heyəti İl-76 qəzası ilə bağlı məsələni bu gün müzakirəyə çıxaracaq”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Duması göyərtəsində 65 ukraynalı hərbi əsirin və 9 ekipaj üzvünün olduğu deyilən təyyarənin Xarkov vilayətindən vurulduğu bildirib.