Rusiya Daxili İşlər Nazirliyi iki yüksək rütbəli ukraynalı hərbçini – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Vladimir Qorbatyuk və logistika qüvvələrinin keçmiş komandiri, general-leytenant Oleq Vişnevskini axtarışa verib.
AzerTimes xəbər verir ki, müvafiq sənəd idarənin məlumat bazasında dərc olunub.
Hər iki general cinayət işi üzrə axtarışa verilib, lakin qurum ukraynalı generallara qarşı irəli sürülən konkret ittihamları açıqlamayıb.