Rusiyanın iştirakı ilə Ukrayna üzrə ikinci sülh sammiti hazırlanmır.
AzerTimes xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov “Komsomolskaya Pravda” radiosuna müsahibəsində bildirib.
“Rusiyanın iştirakı ilə heç bir sammit hazırlanmır.
“Həmin iştirakçılar bizim dediklərimiz barədə kifayət qədər israrla danışdılar: Rusiyanın iştirakı olmadan Ukraynanın taleyinin müzakirə olunduğu tədbirin heç bir mənası, heç bir praktiki əhəmiyyəti yoxdur”, – Peskov bildirib.