Bu gün Rusiya mətbuatında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının yaralanması ilə bağlı növbəti xəbərlər yayılıb.
AzerTimes xəbər verir ki, Rusiya mediası Zalujnının hətta kraniotomiya da keçirdiyini bildirib.
Məsələyə münasibət bildirən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov qeyd edib:
“Ukrayna Prezidenti, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Zelenski qərargahda 24 may 2023-cü il tarixində saat 10:00-da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və digər üzvlərin məruzələrini dinləyib”.