Rusiya işğal olunmuş ərazilərdə qondarma “idarə”lərin işçilərini səfərbər etməyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi məlumat yayıb.
“Ukraynanın işğal olunmuş ərazilərindəki işğalçıların qondarma regional administrasiyalarına Rusiya pasportu olanların siyahılarını yerli “hərbi komissarlıq”lara ötürmək tapşırılıb”, – məlumatda bildirilib.
Qeyd olunur ki, Rusiya müvafiq siyahıların elektron formatda təqdim olunmasını əmr edib.