Rumıniyanın Çaatalköy kommunasının meri ölkənin müdafiə naziri ilə bir neçə gün əvvəl yaxınlığında Rusiyaya məxsus PUA qalıqlarının tapıldığı Plauru kəndinin sakinlərinin təxliyə imkanlarını müzakirə edib.
AzerTimes xəbər verir ki, bu barədə “Digi24.ro” portalı məlumat yayıb.
Məlumata görə, kənd son vaxtlar Rusiya PUA-larının kütləvi hücumlarına məruz qalan İzmail limanından 300 metrdən çox olmayan məsafədə yerləşir.
Kommunanın merinin sözlərinə görə, evakuasiya könüllü xarakter daşıyacaq, köçürülməyə razı olanlar qida və mənzillə təmin ediləcək.