Rusiyanın NATO-ya hücum etmək istədiyi barədə bəyanatlar cəfəngiyyatdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışında deyib.
“Məsələn, Rusiyanın NATO-ya hücum etmək istədiyini düşünürdülər. Dəlisiniz? Bunu kim fikirləşib? Bu, cəfəngiyyatdır”, – Putin bildirib.
Qeyd edək ki, bu gün NATO Baş katibi Yens Stoltenberq təşkilatın heç bir üzvü üçün Rusiyadan təhlükə görmədiyini açıqlamışdı.