Rusiya noyabr ayı ərzində Kalininqraddakı strateji HHM sistemlərini Ukraynadakı müharibəyə cəlb edib.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
“HHM sistemlərinin Kalininqraddan köçürülməsi oktyabrın sonlarında cəbhədə S-400-lərin məhv edilməsindən sonra daha çox qeydə alınıb. Kalininqrad vilayəti Rusiyanın ən qərb forpostu və üç tərəfdən NATO-ya üzv ölkələrlə həmsərhəd olduğu üçün Kreml onu strateji baxımdan ən həssas bölgələrdən biri hesab edir. Rusiya Müdafiə Nazirliyinin orada əlavə risklərə getməyə hazır olması onu göstərir ki, müharibə Rusiya üçün çətinliklər yaradır”, – hesabatda qeyd olunub.