Rusiya HHM-lər daha bir PUA-nı məhv etdi

Rusiya HHM-lər daha bir PUA-nı məhv etdi

Rusiyanın hava hücumundan müdafiə sistemləri Kaluqa vilayətinin Spas-Demenski rayonunda pilotsuz uçuş aparatını (PUA) vurub.

AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa Telegram kanalında məlumat verib.

O, vurulan cihazın təyyarə tipli olduğunu qeyd edib, insident nəticəsində heç bir insan tələfatı olmadığını və infrastruktura zərər dəymədiyini bildirib.

“Əməliyyat qrupu hadisə yerində işləyir”, – deyə Şapşa yazıb.

Teqlər: