Rusiya hərəkətə keçdi – Ərdoğanla Əsəd nə vaxt görüşür?

Rusiya hərəkətə keçdi – Ərdoğanla Əsəd nə vaxt görüşür?

Türkiyə və Suriya liderləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş yaxın 2-3 ay ərzində üçüncü ölkədə baş tuta bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Hürriyət” mənbələrə istinadən məlumat yayıb.

“Rusiya, Türkiyə, İran və Dəməşq rejimindən ibarət dördlüyün kəşfiyyat toplantısı ötən ilin sentyabrında keçirilməli idi. Lakin Suriyanın ilkin şərtlərinə görə görüş baş tutmadı. Bu proses zamanı, xüsusən də son vaxtlar əsas iştirakçılardan müsbət mesajlar gəlməyə başladı. Rusiya hərəkətə keçdi. Bir müddət əvvəl Moskva Ankaraya üz tutdu və bu ayın sonunda dördlüyü kəşfiyyat nümayəndələri ilə birgə görüşə çağırdı”, – deyə nəşr qeyd edib.

Nəşrin məlumatına görə, kəşfiyyat orqanlarının nümayəndələrinin görüşündən sonra XİN rəhbərlərinin görüşü baş tuta bilər:

“Əgər bu iki proses işləsə, liderlərin iki-üç aydan sonra üçüncü ölkədə görüşməsi heç kəs üçün sürpriz olmayacaq”.

Teqlər: