Rusiya hərbi hədəflərə ciddi ziyan vurub – Kiviselq

Rusiya hərbi hədəflərə ciddi ziyan vurub – Kiviselq

Son həftələr Rusiya Ukraynaya zərbələr endirmək üçün uzunmənzilli bombardmançı təyyarələrdən və “Kalibr” raketlərindən fəal şəkildə istifadə edir ki, bu da hərbi hədəflərə ciddi ziyan vurur.

AzerTimes xəbər verir ki, bunu Estoniya hərbi kəşfiyyatının rəhbəri Ants Kiviselq deyib.

“Ölkə boyu enerji, liman və dəmir yolu infrastrukturu obyektləri, hərbi aerodromlar, silah və sursat anbarları, hərbi təlim müəssisələri və silah istehsalı və təmiri ilə məşğul olan müdafiə sənayesi müəssisələri vurulub”, – Kiviselq qeyd edib.

O hesab edir ki, Rusiya taktikası Ukraynanın hava hücumundan müdafiə sistemlərini tükəndirməyə yönəlib.

Teqlər: