Rusiyada 600-dən çox ukraynalı hərbi əsir var.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Gennadi Qatilov deyib.
“Ukraynalı hərbi əsirləri ziyarət etmək üçün BQXK-nın Rusiyaya beş-altı səfəri oldu. Rusiyada onlara pis münasibət göstərilmir”, – o bildirib.
Qatilov qeyd edib ki, Ukraynadakı rusiyalı hərbi əsirlərə münasibət adekvat deyil.