Rusiya hərbçiləri Cənubi Osetiya bölgəsinin Qori rayonunun Kirbali kəndi ərazisində 1 nəfər Gürcüstan vətəndaşını öldürüblər.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, bundan əlavə işğalçı qüvvələrin nümayəndələri digər bir Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər.
DTX-dən verilən məlumata görə, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb, Avropa Birliyinin monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib.
Qanunsuz olaraq həbs edilən vətəndaşın azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edildiyi vurğulanıb.
“Baş verənlərin məsuliyyəti tamamilə rusların rejimin üzərinə düşür”, – məlumatda bildirilib.
Qeyd edək ki, Prezident Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili beynəlxalq ictimaiyyəti Kirbalidə baş verənlərə müvafiq qiymət və reaksiya verməyə çağırıb.