Rusiya həlledici hücum əməliyyatına hazırlaşır

Rusiya həlledici hücum əməliyyatına hazırlaşır

Rusiya qoşunları Luqansk vilayətində həlledici hücum əməliyyatına hazırlaşır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Bildirilib ki, Rusiyanın Luqansk vilayətində hücum əməliyyatlarının ən çox ehtimal olunan istiqaməti Svatovo-Kremennoy xətti ola bilər:

“Ruslar Donetsk vilayətinin şimal hissəsində Liman ətrafındakı kritik sektoru geri almağa və Xarkovun qərb hissəsinə və ya Donetsk vilayətinin şimalına növbəti hücumlar üçün Svatovo-Kremennoy xəttindən istifadə etməyə ümid edirlər. Amma onlar uğurlu hücum əməliyyatına başlasalar belə, bu istiqamətdə ciddi irəliləyiş əldə edə bilmələri olduqca çətindir”.

Teqlər: