Rusiya ordusunun Ukraynada apardığı müharibədə ölən hərbçilərinin 17 faizi zabitdir.
AzerTimes xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, müharibədə ölən zabitlərin azı 4-ü general və 21-i polkovnikdir:
“Açıq mənbələrin məlumatına əsasən, müharibədə ölən 4 010 hərbçinin adı müəyyən edilib. Bu itkilərin tam siyahısı yoxdur. Həlak olan könüllülərin sayı sürətlə artır. Müharibədə ölənlərin 20 faizi 50 yaş həddindən yuxarı qrupa aiddir. Hər həftə 30-40 könüllünün həlak olduğuna dair məlumat yayılır. Bu və başqa kateqoriyaya aid hərbçilərin həlak olması ilə bağlı məlumat elə də tez-tez verilmir. Rusiya müharibənin 4 ayı ərzində azı 42 hərbi pilot itirib.
Müharibə nəticəsində ölən hərbçilərin 20 faizi Hərbi Desant Qoşunlarına, 19 faizi isə motoatıcı qoşun növünə aiddir. Yerli hakimiyyət orqanları ölənlərin heç də hamısı barədə məlumat vermir. Biz Rusiyanın müxtəlif şəhərlərində olan qəbiristanlıqlarda hərbçi itkisi barədə yeni dəllilər aşkarlayırıq. Hər qəbiristanlıq itkilərin 30-100 faizi barədə məlumatı açıqlamır”.