Rusiya hələ də bu raketləri istehsal edir – Mütəxəssis

Rusiya hələ də bu raketləri istehsal edir – Mütəxəssis

Böyük ehtimal, Rusiya hələ də X-101 raketlərinin istehsalını davam etdirir. Bu istehsal sanksiyalar dövründə də davam edib.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musiyenko deyib.

“Hərbçilərimizin vurduğu X-101-lərin bir qismi sanksiyalar tətbiq edildikdən sonra istehsal olunanlardır. Ümumiyyətlə, bunlar Rusiyanın müəyyən miqdarda istehsal edə biləcəyi yeganə raketlərdir. Lakin onlar ay ərzində sözügedən raketlərdən 15-20-dən çox istehsal edə bilməz. Ayrıca, bu il istehsal olunan X-101-in görünüşü ehtiyatların tükəndiyini göstərir. Onlar hələ də bu raketləri inkişaf etmiş metodlarla hazırlamırlar”, – Musiyenko bildirib.

Teqlər: