Rusiya heç kimdən gizlənmək fikrində deyil – Putin

Biz heç kimdən gizlənmək fikrində deyilik. Biz bütün
tərəfdaşlarımızla, özləri bunu istəyən xarici tərəfdaşlarla
işləməyə açığıq.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya
prezidenti Vladimir Putin bu gün hökumət üzvləri ilə görüşündə
deyib.

Dövlət başçısının sözlərinə görə, Rusiyada işləmək üçün qalan
xarici investorların hüquqları etibarlı şəkildə qorunmalıdır.

“Bu baxımdan, Rusiyada qalan və Rusiyada işləyən xarici
sərmayədarlarımızın və həmkarlarımızın hüquqları etibarlı şəkildə
qorunmalıdır. Hökumətdən xahiş edirəm ki, bunu diqqətdən
qaçırmasın”, – o deyib.

Rusiya prezidenti, həmçinin xarici sahibkarlar tərəfindən
Rusiyada müəssisələrin bağlanmasına cavab olaraq qətiyyətli addım
atmağı tələb edib.

“Xarici idarəetməni tətbiq etmək, sonra isə bu müəssisələri
işləmək istəyənlərin ixtiyarına vermək lazımdır. Kifayət qədər
hüquqi və bazar alətləri var”, – Putin bildirib.