Rusiya Gürcüstanın Sülh naminə Həmrəylik Partiyasının Vladimir Putinə ölkələr arasında viza rejiminin ləğvi xahişi ilə müraciətini təhlil edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov viza rejiminin ləğvi ilə bağlı bu müraciəti görmədiyini qeyd edib:
“Amma belə olubsa, biz bunu görəcəyik və təbii ki, bizim aidiyyəti qurumlar bu müraciəti təhlil edəcəklər”.
Qeyd edək ki, daha əvvəl Sülh naminə Həmrəylik Partiyasının nümayəndələri Putinə Gürcüstan vətəndaşları üçün viza rejiminin tamamilə ləğvi, habelə viza rejimi tətbiq olunana qədər Rusiyada qalma qaydalarını pozmağa məcbur olan şəxslərə amnistiya elan edilməsi xahişi ilə müraciət etmişdilər.