Gürcüstanda baş verənlər ölkənin daxili işidir, Rusiya müdaxilə etmək niyyətində deyil.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, tamamilə Gürcüstanın daxili işidir, biz heç bir şəkildə ora qarışmaq istəmirik. Dünya ölkələrinin böyük əksəriyyəti kimi Gürcüstanın da daxili işlərinə açıq-aşkar müdaxilədən sığortalanmaq istəməsini anlayırıq. Hətta bu və ya digər qanunu qəbul etsələr, Gürcüstana qarşı sanksiyalar tətbiq ediləcəyi ilə bağlı hədələr eşidirik. Bəs bu, Gürcüstanın daxili işlərinə birbaşa müdaxilə deyilsə, bəs nədir?”, – Peskov bildirib.