Hazırda Rusiya-Gürcüstan sərhədində 3500 minik avtomobili və 1300 yük maşını növbə gzöləyir.
AzerTimes xəbər verir ki, bu barədə Şimali Osetiyanın baş nazirinin müavini İrbek Tomayev məlumat verib.
O bildirib ki, son bir neçə gün ərzində Gürcüstan istiqamətində nəqliyyat vasitələrinin axını xeyli artıb.
Tomayevin sözlərinə görə, ötən həftə Yuxarı Larsi keçid məntəqəsi vasitəsilə Rusiya-Gürcüstan sərhədini hər iki istiqamətdə 37 500 nəqliyyat vasitəsi və 115 000 nəfər keçib ki, bu da əvvəlki həftə ilə müqayisədə 23,3% çoxdur.