Bu gün Rusiyanın Gürcüstan torpaqlarının 20%-ni işğal etməsindən 15 il ötür. Rusiya hələ də 2008-ci ildə atəşkəslə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Tvitterdə yazıb.
“ABŞ Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və Avro-Atlantik istəklərini qətiyyətlə dəstəkləyir”, – Blinken bildirib.