Rusiya-Gürcüstan danışıqları başladı

Rusiya-Gürcüstan danışıqları başladı

Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin təmin olunması ilə bağlı Rusiya-Gürcüstan danışıqlarının yeni mərhələsi 10 aylıq fasilədən sonra Cenevrədə baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan XİN rəhbərinin müavini Laşa Darsaliya məlumat verib.

Danışıqlarda Gürcüstan nümayəndə heyətinə başçılıq edən Laşa Darsaliya bildirib ki, Cenevrədə danışıqların aparılması ilk növbədə ona görə vacib nailiyyətdir ki, Gürcüstan-Rusiya münaqişəsi beynəlxalq ictimaiyyətin gündəliyində əsas məsələlərdən biridir:

“Gürcüstanın Avropa Birliyi, BMT, ATƏT və ABŞ-dan olan tərəfdaşlarının səyləri, bu gün keçirilən danışıqların baş tutmasında vacibdir”.

Qeyd edək ki, Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin təmin olunması üçün beynəlxalq səviyyəli müzakirələr 2008-ci ildən etibarən Cenevrədə həyata keçirilir və BMT, AB və ATƏT-in xüsusi nümayəndələrinin vasitəçiliyi ilə Abxaziya, Rusiya, Gürcüstan, Cənubi Osetiya və ABŞ da danışıqlarda iştirak edir.

Teqlər: