Rusiya gürcü ssenarisinə ümid edirdi…

Rusiya gürcü ssenarisinə ümid edirdi…

Ukraynaya qarşı 3 aylıq genişmiqyaslı müharibədən sonra Rusiya ordusunda deqradasiya prosesi başlayıb. Ölkə iqtisadiyyatı da artıq ehtiyaclarını ödəyə bilmir.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Həqiqətən də onlar gürcü ssenarisindəki kimi qısa bir müddətdə müharibədə qalib gələcəklərinə ümid edirdilər. Ancaq Rusiya uzunmüddətli müharibə ilə üzləşdi və gücü yalnız üç aya çatdı. Artıq may ayında Rusiya qüvvələrinin Ukraynada hücum tempi aşağı düşməyə başlayıb. Bir aydır ki, cəbhə xəttində vəziyyət çox dəyişməyib. Bu müddət ərzində isə ən böyük nailiyyətləri Baxmut istiqamətində 10 kilometr irəliləmək oldu”, – Jdanov bildirib.

Jdanov həmçinin düşünür ki, mövcud vəziyyəti nəzərə alsaq, Rusiya bu gün ikinci cəbhəni açmaq iqtidarında deyil:

“İkinci cəbhəni necə açmaq olar, ordu haradadır? Onlar Nijni Novqorod vilayətində 15 min nəfərlik ehtiyat korpus yaradıb. Bura yerləşdiriləcək texnika və silahları isə 30-a yaxın hərbi qatarla təxminən bir aya daşıyacaqlar. Düzdür, bu, vəziyyəti müəyyən istiqamətə dəyişə bilər, amma ikinci cəbhəni açmağa qadir deyil”.

Teqlər: