Rusiya Gürcüstan Milli Legionunu terror təşkilatları siyahısına salıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“FTX-nin topladığı sübutlar əsasında Cənub Dairə Hərbi Məhkəməsi “Gürcüstan Milli Legionu” hərbiləşdirilmiş qruplaşmasını terror təşkilatı kimi tanıyıb”, – məlumatda qeyd olunub.