Rusiya gürcü həmkarlarını “3+3” formatının iclaslarında görməyə hazırdır – Lavrov

Rusiya gürcü həmkarlarını “3+3” formatının iclaslarında görməyə
hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici
işlər naziri Sergey Lavrov Moskvada türkiyəli həmkarı Mövlud
Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

“Cənubi Qafqazdakı vəziyyəti müzakirə edərkən, qeyd etdik ki,
ötən ilin sonunda, bu ilin əvvəlində bu bölgədə post-münaqişə
əməkdaşlığı üçün “3+3″ regional məşvərət mexanizmi vasitəsilə təməl
qoyulub. Burada Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə ilə
yanaşı, hələlik bu perspektiv formata qoşulmaq üzərində düşünən
Gürcüstan yer alır. Biz dəfələrlə vurğulamışıq ki, gürcüstanlı
həmkarlarımızı bu strukturun iclaslarında görməyə hazırıq”, –
S.Lavrov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: