Rusiya gərginliyin azalması üçün Ukraynaya yönəlik addımlar atır – Medinski

Rusiya gərginliyin azalması üçün Ukraynaya yönəlik addımlar
atır.

Trend-in
məlumatına görə, bunu Rusiya nümayəndə heyətinin rəhbəri,
prezidentin köməkçisi Vladimir Medinski Rusiya-Ukrayna
danışıqlarından sonra deyib.

O, İstanbulda baş tutan danışıqların birinci gününün konstruktiv
keçdiyini bildirib.

“Rusiya Ukraynanın mövqeyini öyrəndi. Sazişlə bağlı işlər
sürətlənərsə və kompromislər olacağı təqdirdə sülh bağlamaq imkanı
daha da artacaq”, – V.Medinski deyib.