Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu

Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu

Rusiya Müdafiə Nazirliyinin keçmiş rəis müavini, general-polkovnik Dmitri Bulqakovun bank hesabına həbs qoyulub.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, həbs təkcə Bulqakovun başqa şəxslərdən pul köçürmələri etdiyi və pensiya aldığı bank hesabına tətbiq edilib.

Əmlakı üzərində isə hər hansı həbs yoxdur.

Xatırladaq ki, 2008-2022-ci illərdə Rusiya müdafiə nazirinin müavini vəzifəsində çalışan general-polkovnik Dmitri Bulqakov korrupsiyaya görə 2024-cü ilin iyulunda həbs edilib. Onun həbs müddətinin 25 dekabradək uzadıldığı bildirilir.

Teqlər: