Silahlıların Suriyada sürətlə irəliləməsindən sonra Rusiya Tartus şəhərindəki hərbi dəniz bazasından gəmilərini çıxarmağa başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Naval Nyus” məlumat yayıb.
“Bazada yerləşən Rusiya gəmilərinin bir hissəsinin dənizə doğru hərəkəti qeydə alınıb, qalan gəmilərin təxliyəsi üçün hazırlıqların getdiyi barədə də məlumatlar var”, – məlumatda qeyd olunub.