Rusiya Qara dəniz Donanmasının gəmilərinə Ukraynanın zərbələri NATO-nun təchiz etdiyi raketlərlə həyata keçirilib.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Ukraynanın Rusiya Qara dəniz Donanmasının gəmilərinə zərbələri NATO ölkələri tərəfindən təchiz edilmiş “Scalp” və “Storm Shadow” raketləri ilə həyata keçirilib və bu, Kiyevə raket təchizatının artırılmasının vacibliyini təsdiqləyir”, – Stoltenberq bildirib.