Rusiya G20 sammiti zamanı kütləvi raket hücumu edə bilər

Rusiya G20 sammiti zamanı kütləvi raket hücumu edə bilər

Noyabrın 15-16-da Balidə G20 sammiti keçiriləcək zaman Rusiya Ukraynaya kütləvi raket hücumu həyata keçirə bilər.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Hava Qüvvələrinin rəsmisi Yuri İqnat deyib.

Y.İqnat bildirib ki, Rusiya simvolik tarixləri çox sevir və G20 sammiti də bu paradiqmada kifayət qədər qəbul edilir:

“Tam miqyaslı işğaldan əvvəl onlar əllərində olan raketləri illərlə hazırlayıb. Onlar saxlanılıb, daşınıb, yerləşdirilib. Raketlərin hazırlanma prosesi isə çox mürəkkəbdir. Bu, bir və ya iki gündə edilmir. Bu gün onlar Ukraynaya inanılmaz sayda raket atıb”.

Teqlər: