Rusiya Finlandiyaya qaz tədarükünü dayandırıb

Finlandiyanın “Gasgrid Finland” qaz-nəqliyyat şirkəti Rusiyadan
qaz tədarükünün dayandığını bildirib.

Trend-in
məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, hazırda Finlandiyaya təbii qaz digər bazar
iştirakçıları tərəfindən tədarük olunur. Eyni zamanda, ölkədə qaz
sisteminin hazırda stabil olduğu deyilir.

Xatırladaq ki, ötən gün “Qazprom” şirkəti mayın 21-i səhər
saatlarından etibarən Finlandiyaya qaz verilişini dayandıracağını
elan etmişdi. Bu qərar Finlandiyanın aprel tədarükləri ilə bağlı
ödəniş etməməsi və rublla ödənişə razı olmaması ilə əlaqədar
verilib.