Rusiya ordusu Finlandiya ilə sərhədə taktiki nüvə silahı yerləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə “İzvestiya” Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, həmsərhəd Kareliya bölgəsində “İsgəndər-M” əməliyyat-taktiki sistemləri yerləşdirilib.
“İsgəndər”lərin qanadlı, ballistik, o cümlədən nüvə başlığına malik raketləri atmağa qadir olduğu qeyd edilib.