Rusiya və Finlandiya arasında transsərhəd əməkdaşlığın təşviqi haqqında saziş ləğv olunub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
“Yanvarın 24-də Rusiya hökuməti ilə Finlandiya hökuməti arasında transsərhəd əməkdaşlığın təşviqinə dair 2012-ci il aprelin 13-də Helsinkidə imzalanmış sazişə xitam verilib”, – rəsmi məlumatda vurğulanıb.