Donetsk vilayətinin işğal olunmuş Qorlovka şəhərində Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının olduğu avtomobil PUA hücumuna məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
“Qorlovkada Rusiya Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşı PUA hücumu nəticəsində yaralanıb. Gecə Qorlovkada partlayıcı maddə səbəbindən avtomobil yanıb və yanğının söndürülməsi zamanı PUA ilə yanğınsöndürən maşına hücum olub. Yanğınsöndürənlər xəstəxanaya yerləşdirilib”, – məlumatda qeyd olunub.