Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Prezident İlham Əliyevə telefonla zəng edib

Dekabrın 24-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

AzerTimes xəbər verir ki, Valentina Matviyenko Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Valentina Matviyenkoya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında ikitərəfli dostluq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb.

Teqlər: