Rusiyada “Çerepovets” fabrikinin istehsal etdiyi kibrit qutusunun üzərində “Xankəndi” yazısı ilə foto paylaşılıb.
AzerTimes xəbər verir ki, fabrikin 2019-cu ildə istehsal etdiyi kibrit qutusunun üzərində də “Qarabağ Azərbaycanın dogma torpağıdır” (Karabax rodnaya zemlya Azərbaycan) sözləri yazılmışdı.
Qeyd edək ki, direktoru Oleq Dal olan kibrit fabriki 1973-cü ildə Rusiyanın Çerepovets şəhərində istifadəyə verilib.