Rusiya F-16-ları “qarşılamağa” bu cür hazırlaşır

Rusiya F-16-ları “qarşılamağa” bu cür hazırlaşır

Qərb tərəfdaşlarının Ukraynaya yay aylarında F-16-ları tədarük edəcəyi haqda məlumatlar fonunda Rusiya ordusu qabaqlayıcı tədbirlərə başlayıb.

AzerTimes xəbər verir ki, artıq 10 iyundan etibarən Ukraynanın qərbindəki aerodromlara zərbələr endirilir. Əsas hədəf isə Starokonstantinovdakı (Ukraynanın qərbindəki Xmelnitski rayonunda şəhər) hərbi aerodromdur. Rusiya 14 iyunda “Şahid”lər və “Xəncər”lərlə bu aerodroma növbəti hücumunu həyata keçirib.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Petr Çernik bildirib ki, Rusiya F-16-ların yerləşə biləcəyi aerodromları məhv etməyə çalışır:

“Düşmənin fikrincə, F-16-ların üçün ən uyğun baza Starokonstantinov aerodromudur. Lakin ruslar bu obyekti tez-tez vururlarsa, o zaman biz ayıq şəkildə anlayırıq ki, təyyarələri orada saxlamaq olmaz”.

Poklovnik onu da qeyd edib ki, Qərbi Ukraynada kiçik, orta və hətta bir neçə böyük aerodromdan ibarət geniş sistem mövcuddur:

“Raket hücumu baş verən kimi, əlbəttə ki, ilk növbədə hava hücumundan müdafiə sistemi işləyir. Raketlər havada olarkən təyyarələri qaldırmağa kifayət qədər vaxt olur. Yəni təyyarələri rus raketlərindən qorumaq mümkündür – yalnız “Xəncər” istisna olmaqla. Şübhə etmirəm ki, həm təyyarə parkını, həm də pilotları qorumaq üçün bütün alqoritmlər ən yüksək səviyyədə işlənib”.

Teqlər: